“Xalq artisti gecə saat 12-də zəng edir ki...” – Rövşanə
16 Sentyabr 2014 16:14 (UTC+04:00)
ANS-in aparıcısı Rövşanə
Bektaşi "Günəbaxan" verilişinin qonağı olub.
Axşam.az-ın
məlumatına görə, o, "Müğənnilər aparıcılara onları necə təqdim
etməyi öyrədirlər" mövzusuna fikir bildirib:
"Dəfələrlə olub ki, hansısa məşhuru verilişimə dəvət edəndə
səhnə arxasında aparıcıya diqtə ediblər: məni xalq artisti, gözəl
sənətçi, şöhrət ordenli və s. çağır. Müğənninin sırf bu cür
təqdimat istəməsini qəbul etmirəm. Çox olub ki, söz vermişəm, amma
yerinə yetirməmişəm. Sənətçi başa düşməlidir ki, biz onu efirə
çağırmışıqsa, demək, ona hörmət qoyuruq. Hətta efirdə anons etmişəm
ki, filan müğənnini verilişdə görəcəksiniz. Gecə səhərə kimi
telefonum susmayıb. Xalq artisti gecə saat 12-də zəng edir ki, məni
belə çağırarsan. Ona görə gecələr telefonumu söndürdüyüm vaxt da
olub. İfaçını yalandan tərifləyə bilmərəm".
R.Bektaşi xalq artistlərinə müraciət edərək, onlara ismarış
göndərib:
"Xalq artistlərinə, sənətkarlara üzümü
tutub deyirəm: bizim işimiz sizdən keçmir. Uzaq başı övladımızın
toyuna çağırarıq. Amma sizin işiniz bizdən keçir. Bizə hörmətlə
yanaşın. Bir ay sizi efirə çağırmasaq, yüz adamla xəbər
göndərirsiniz. Gündəmə çıxmaq üçün jurnalistlərdən beşəlli
tuturlar. Bununla gündəmə gəlib, toy qazanırlar".