Microsoft niyə 2,5 milyard dollar xərclədi?

16 Sentyabr 2014 18:08 (UTC+04:00)

ABŞ-lı texnologiya nəhəngi Microsoft, dünən 2.5 milyard dollar qarşılığında yaratdığı Minecraft adlı oyunla böyük müvəffəqiyyət əldə edən isveçli Mojang firmasını satın alıb. Movqe.az xəbər verir ki, şirkətin reallaşdırdığı bu satın almadan sonra Microsoftun gələcək planları müzakirə mövzusu olub. Şirkətin 2,5 milyard dollarlıq investisiya motivasiyası haqqında onlarla nəzəriyyə ortaya atılır. 


2009-ci ildə bazara çıxarılan Minecraft, qısa müddətdə 100 milyondan çox yüklənilən ən çox satan oyunlardan biri halına gəlmişdi.