Dövlət Bayrağı Meydanında bayraq endiriləcək

16 Sentyabr 2014 17:19 (UTC+04:00)

Bu gün axşam saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı Meydanında bayraq hava sabitləşənədək endiriləcək.


Bu barədə APA-ya Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən atılacaq.