Azərbaycanın xalq artisti ərə gedir

15 İyul 2012 21:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın xalq artisti ərə gedir. 

Xalq artisti Aktrisa Məleykə Əsədova ailə həyatı qurur.  Bu xəbəri "ATV-maqazin" verilişinin aparıcısı efir vaxtı açıqlayıb. O deyib ki, xalq artisti Məleykə Əsədova nişanlanıb.

Teleaparıcının sözlərinə görə, nişan aktrisanın evində, iyunun 21-də baş tutub. M.Əsədovanın tanınmış biznesmenə ərə gedəcəyi, toy mərasiminin elə bu yaya nəzərdə tutulduğu da diqqətə çatdırılıb.

Türkan Nadirqızı

Movqe.Az