Bağınızda eksklüziv çiçəklər yetişdirirsinizsə siz də bu yarışa qoşula biləcəksiniz !

17 Sentyabr 2014 12:30 (UTC+04:00)

Bakıda ən yaxşı gülçülərin yarışı keçiriləcək. Bu sahədə illərdir çalışanlar bir araya gəlib öz məharətlərini göstərəcək. Mövqe.az xəbər verir ki, "Wedding Art House"  şirkətinin təşkilatçılığı ilə baş tutacaq yarışda  iştirakçılar bir- neçə çətin  mərhələlərdən keçəcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

Şirkətin rəhbəri Nigar Məmmədova  bildirib ki, bu yarışda özünə və əməyinə güvənən hər kəs iştirak edə bilər:


 " Ola  bilər elə adam var ki, gülçülük sahəsində tanınmır. Yəni, onun böyük gül salonu və tanınan xidməti yoxdur. Amma  öz bağında, bağçasında eksklüziv çiçəklər yetişdirir. Onun becərdiyi güllər fərqli olduğu üçün  işləri də fərqli olacaq. Biz belə adamları da tapıb üzə çıxarmaq istəyirik." 


Qeyd edək ki, artıq yığım başlanıb.  Yarışla bağlı əlavə məlumat almaq istəyənlər 0774144114   telefon nömrəsi ilə əlaqə saxlaya bilər. 

Paytaxtın ən yaxşı gülçülərinin  yarışının təfərrüatlarını   https://www.facebook.com/wedding.art.house?fref=ts  rəsmi facebook səhifəsindən də öyrənə bilərsiniz.