Qadınların qarderobunda bu 15 əşya olmalıdır

15 İyul 2012 15:07 (UTC+04:00)
Movqe.Az bildirir ki, hər hansı bir qadına yaxşı geyim tərzi olduğunu söyləmək özü bir iltifatdır. Qadınarın qarderobunda elə geyimlər var ki, onlardan həmişə istifadə etməli olur və hər zaman qadınların köməyinə çatır.Qadınların çoxu dəblə ayaqlaşmaq istəyir, lakin çox iddialı paltarlar da çox zaman risklidir. 



Bu paltarlar həmişə qarderobunuzda olsa, Sizin köməyinizə çatar.

1. Qara rəngdə mini don - Bu paltarı siz asanlıqla həm kokteyl, həm də gecə geyimi kimi istifadə edə bilərsiniz.

 

2. Klassik stildə qara və krem rəngli plaşlar həmişə dəbdə olur.


3.Ağ köynək

Ağ köynək-  Hər bir qadının rahatlıqla istifadə edəcəyi bir paltardır. Onu şalvarla rahatlıqla geyinmək olar.


4. Cins şalvar

Rəngi sizin öz zövqünüzdən asılıdır. Mavi, ağ və qara cins fəsillərə uyğun olaraq...


5. Tünd göy və ya qara jaket

Şalvarla jaket geyindikdə siz idman stilində çox gözəl görüntü əldə edə bilərsiniz. 


6. Klassik stildə qara rəngli ayaqqabı 

Qarderobumuzun bu əşyası bizə çox kömək edir. Qara rəngli ayaqqabını həm cins şalvarla, həm də gecə paltarıyla uyğunlaşdıra bilərsiniz.


7.İdman və ya altı düz ayaqqabı

Hər bir qadının qarderobunda idman və ya altı düz ayaqqabı günlük həyat üçün olmalıdır.


8.Gecə çantası

Qadınlara ən çox lazım olan aksessuarlardan biri də gecə çantasıdır. Forma və rəngi  isə hər qadının geyim tərzinə uyğun olmalıdır.


9. Ağ T-shirt 

Ağ olmağına baxmayın, bəzən çox köməyimizə çatır.


10. Qara rəngdə klassik şalvar

Bu paltarı siz həm iş yerinizdə , həm də qonaq getdiyiniz zaman geyinə bilərsiniz.


11. Halqa şəklində və ya incə sırğa

Qadınların aksessuarları arasında mütləq olmalıdır. Bu növ sırğalar digərlərini də hər zaman əvəz edə bilər.


12.Şərf

Bu da bir detal kimi yaddan çıxmasın. Çox zaman bizim obrazımızı tamamlayır.


13. Kəmər 

Bu həm qadınların, həm də kişilərin ən çox istifadə etdiyi bir detaldır. Lakin elə kəmər seçin ki, həm cins şalvarla, həm də qara klassik şalvarla istifadə edə biləsiniz.


14. Gündəlik çanta

Rəngi sizin istəyinizə və darderobunuza uyğun


15.Gün eynəkləri 

Əsas da bu isti günlərdə gün eynəkləri həm gözünüzü günəşdən qoruycaq, həm də sizi gözəl və baxımlı görsədəcək. Lakin eynəyi üz quruluşunuza uyğun seçin!