"iPhone"un qiyməti düşdü!

17 Sentyabr 2014 13:30 (UTC+04:00)
iPhone 6-ın təqdimatından sonra iPhone telefonlarını yenisi ilə dəyişdirmək istəyənlər əllərindəkini satışa çıxarmağa başlayıb. Movqe.az xəbər verir ki,  E-ticarət platformalarında, iyul - avqust aylarını əhatə edən iPhone məlumatlarına görə, elan ədədində artım yaşandığı, bahalı olan qiymətlərdə ucuzlaşma müşahidə edildiyi deyilib. Şərhdə, "Apple pərəstişkarlarının maraqla gözlədiyi iPhone 6-ın təqdimatı edilərkən, köhnə iPhone telefonlarını yenisi ilə dəyişdirmək istəyənlər əllərindəkini satışa çıxarmağa başlayıb" ifadələrinə yer verilib. iPhone 5S-in qiyməti  3 faiz azalaraq 250-300 manat civarında satılır. iPhone 5-in qiyməti isə  8 faiz azalaraq təxminən 400 manat olub.