Azyaşlı uşaq quyuya düşərək ölüb

17 Sentyabr 2014 14:40 (UTC+04:00)

Ötən gün Tərtər rayonunda bədbəxt hadisə baş verib. 


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Köşərli kəndində baş verib.


Belə ki, kənd sakini, azyaşlı Yusif Həsənli həyətdəki quyuya düşüb.


Uşaq quyuda ölüb. Onun hansı şəraitdə quyuya yıxılması hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

(Anspress)