Şizofreniyanın sirri açılıb

18 Sentyabr 2014 09:02 (UTC+04:00)

Vaşinqton Universiteti yanında Tibb Məktəbindən olan mütəxəssislər bəyan ediblər ki, şizofreniyanın sirrini açıblar. Amerikalı alimlərin bildirdiyinə görə, bu xəstəlik, öz növbəsində, 42 genetik klasterin düzgün olmayan işi ilə şərtlənən 8 müxtəlif pozuntudan ibarətdir.

Məlumdur ki, bu xəstəliyin 80 % inkişaf riski irsiyyətlə bağlıdır, ona görə də tədqiqatçılar problemin tədqiqinə DNT analizi ilə başlayıblar.

Mütəxəssislər şizofreniyadan əziyyət çəkən 4 min nəfərdən çox adamın genetik materialını seçiblər. Analizin nəticələrindən məlum olub ki, hallüsinasiya və sayıqlama kimi simptomları olan pasientlərin genetik kodunda bəzi genetik versiyaların olması, az qala, 100% şizofreniyanın inkişafına gətirib çıxardır.

Qeyd edək ki, daha əvvəllər keçirilən tədqiqatlarda güman edilirdi ki, şizofreniya klasterlərdə birləşmiş bir neçə gen səbəbindən yarana bilər.

Amerikalı alimlər ümid edirlər ki, onların tədqiqat işi sayəsində tibb işçiləri şizofreniyanın ümumi olmasa da, müəyyən simptomlarından xilas edən dərman preparatları hazırlaya biləcəklər.