Təhsil nazirinə sui-qəsd edildi

15 İyul 2012 20:17 (UTC+04:00)

Bu gün Əfqanıstanda ölkənin ali təhsil nazirinə sui-qəsd olub. "Reuters" bildirir ki, nazir Obeydulla Obeyd ölkənin şimalında yerləşən Kunduz vilayətinin Baqlan şəhərindən gəlirmiş. Bu zaman onun kortejindəki maşınlardan biri radioidarəli fuqasla vurulub.

Obeyd zərər çəkməyib, amma onu müşaiyət edən iki polis işçisi yaralanıb. Kortej maşınlarından birində Baqlan vilayətinin qubernatoru Munşi Əbdul Məjid də olub. O, ehtimal edib ki, partlayış "Taliban" tərəfindən tördəlib. Hələ ki, Əfqanıstanda fəaliyyət göstərən qruplardan heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.