Ən mükəmməl arıqlama üsulu

17 Sentyabr 2014 18:57 (UTC+04:00)

Bu pəhrizə riayət etməklə 1-2 həftəyə 7-12 kq. arıqlamaq olar. Qarabaşaq (qreçka) mədəyə toxluq verir, eyni zamanda, orqanizmin təmizlənməsinə yaxşı təsir göstərir. Pəhrizə başlayacağınız ilk günlərdən çəkinizin necə sürətlə azalacağını özünüz hiss edəcəksiniz. Beləliklə, arıqlamaq üçün qarabaşaq pəhrizi. Adi qaydada yeyə biləcəyiniz qədər qarabaşağa çox qaynar su əlavə edib ağzı qapalı qabda səhərə qədər saxlayın (sınaqdan keçirmişəm, bir neçə saat da bəs edir). Bundan sonra onu qaynatmağa ehtiyac olmur. Qarabaşağı duzsuz və başqa ədvalarsız qəbul edirlər. Çox dadsız olmaması üçün bir qədər kefirdən istifadə edə bilərsiniz. Qarabaşağı yağlılığı 1 % olan kefirlə yemək olar. Pəhriz 1 və ya 2 həftə üçün nəzərdə tutulub. Bundan sonra ən azı 1 ay fasilə vermək lazımdır. Aclıq hiss etməyəcəyinizə arxayın olun. Qarabaşağı gün ərzində istədiyiniz qədər yeyə bilərsiniz, kefir isə 250 qr-dan artıq olmamalıdır. Dözümsüzlük əmələ gəldikdə azacıq yoqurt və meyvə yeyin. Unutmayın: son qidalanma yuxudan 4-6 saat qabaq olmalıdır. Yuxu öncəsi kəskin aclıq hiss etsəniz, yatmazdan 30-60 dəqiqə əvvəl bir stəkan kefir için. Əmin olun ki, bu pəhrizlə 2 həftə sonra özünüzü tanımayacaqsınız. 
Qeyd: Fasilə verməsəniz vitamin çatışmazlığı əmələ gələ bilər. Ümumiyyətlə, eyni tərkibli pəhrizlərdən davamlı istifadə etmək ziyandır. O cümlədən məsləhətdir ki, istənilən pəhrizi tutduğunuz zaman vitamin kompleksi qəbul edəsiniz. Bütün pəhrizlərdə bol-bol su içsəniz yaxşı olar.

P.S. "Qreçka" xoşlamayanlar düyü pəhrizindən istifadə edə bilər. Demək olar ki, eynidir. Sadəcə, düyünü qaynadır və aclıq hiss etdiyiniz zaman duzsuz, heç bir qarışıq olmadan yeyirsiniz. Bu pəhriz zamanı da bədən duzlardan və şlaklardan təmizlənir.