Novruz Aslanov İsmayıllıda qəbul keçirib - FOTO

18 Sentyabr 2014 10:50 (UTC+04:00)

Milli Məclisin deputatı Novruz Aslanov sentyabrın 17-də İsmayıllı rayonunun Diyallı kəndində seçicilərini qəbul edib.

 

Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüş kənd icra nümayəndəliyinin binasında keçirilib.

 

Görüşə ətraf kəndlərdən - Səbiyan, Təzəkənd və Güyüm kəndlərindən də seçicilər gəlib.

 

Sakinlərin qaldırdığı məsələlər əsasən sosial yönümlü, xüsusilə torpaq sahələri ilə bağlı olub. Bu barədə millət vəkili müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

 

Bəzi məsələlərlə bağlı millət vəkili yerindəcə icra nümayəndəliyinə tövsiyələrini verib.