“Gərək erkən ailə qurmazdım” - əməkdar artist
18 Sentyabr 2014 10:42 (UTC+04:00)
Əməkdar artist Zöhrə
Abdullayeva "Solo" verilişində maraqlı açıqlamalar verib.
Axşam.az-ın məlumatına
görə, sənətçi şəxsi həyatından, səhvlərindən və peşmançılığından
danışıb:
"Bu yaşa qədər yanlış hərəkətim
olmayıb. Bir-iki səhvə yol vermişəm. Deyirəm, gərək erkən ailə
qurmazdım, buna görə neçə il səhnə həyatım itib. Amma Allah məni o
biri tərəfdən xoşbəxt edib. Nəvələrimlə, oğlumla, gəlinimlə fəxr
edirəm. İkinci səhvim isə o olub ki, dostumu-düşmənimi tanımamışam.
Bəzi cılız insanlarla dostluq etmişəm".
Z.Abdullayeva onu yaşadan,
gözəlləşdirən amilin xalqın sevgisi olduğunu
bildirib:
"Ən çox qorxduğum şey xalqın sevgisini
itirməkdir. "Youtube" kanalında bəzən haqqımda bir-iki mənfi rəy
bildirirlər. Amma bilirəm ki, bunu tamaşaçı yazmır, cılız
həmkarlarımdan birinin sifarişidir. Onu heç düşmən də saymıram. Bu,
onun tərbiyə səviyyəsdir".
Qeyd edək ki, istirahətindən də danışan əməkdar artist daha
çox Avropa ölkələrini gəzməyi xoşladığını
söyləyib:
"Qışda tək olmağı xoşlayıram. Bundan
zövq alıram, kitab oxuyuram. Yayda isə Riqa, Stokholm, Yurmala,
London, Çexiya kimi yerləri gəzirəm".