30 ədəd Rolls-Royce satın aldı

18 Sentyabr 2014 12:08 (UTC+04:00)

56 yaşlı Hong Konglu Stefan Hung  Çinin muxtar bölgələrindən Macauda inşa etdirdiyi super luks otel və kazino təsisi üçün 30 Rolls-Royce satın alıb. Movqe.az xəbər verir ki, Meksikalı yoldaşı Deborah Valdez ilə tez-tez maqazin jurnallarında şəkilləri çıxan iş adamı, Fantom modeli Rolls Roycelar üçün 20 milyon dollar xərcləyib.


6 il ərzində Hunga təslim ediləcək vasitələrdən ikisinin qızıl örtüklü olduğu deyilib.