Ledi Qaqa hicaba keçdi - FOTO

18 Sentyabr 2014 13:06 (UTC+04:00)

İstanbulda konsert verən Ledi Qaqa, konsertdən sonra görmək istədiyi yerlərə gedib. Fərqli geyim tərziylə diqqət çəkən Ledi Qaqa, bu dəfə başını bağlayıb.

Movqe.az xəbər verir ki, Türk hamamına getmək istəyən Ledi Qaqa, tarixi yerləri gəzib. Qaldığı otelin arxa qapısından çıxan  Ledi Qaqa Türkiyənin məşhur Nişantaşı küçələrini gəzib. Ledi Qaqa tanınmamaq üçün hicab taxıb, başını bağladı. Birdən ayağı burxulan müğənninin köməyinə cangüdəni gəlib.

 Böyük pərəstişkar kütləsinə sahib olan Ledi Qaqa, dünən axşam İstanbuldan geri qayıdıb.