Həlli vacib olan mühüm məsələlər

18 Sentyabr 2014 11:00 (UTC+04:00)

Masallı Şəhər Mədəniyyət evində Masallı rayon İcra hakimiyyəti başçısının müşavirəsi   keçirilmişdir.

Yığıncaqda idarə, müəssisə,  hüquq-mühafizə  təşkilatlarının rəhbərləri, məktəb direktorları, icma nümayəndələri, rayonun aqsaqqalları iştirak etmişlər.

Müşavirədə qarşıdan gələn bələdiyyə seçkiləri, icbari sığorta  və xeyir-şər məclisləri barədə məsələlərə baxılmış və rayon ictimaiyyətinin nümayəndələri ilə birgə müzakirə edilmişdir.

Müşavirəni Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq demişdir ki, bugünkü yığıncaqda müzakirə ediləcək həlli vacib olan məsələlərdən biri də bu il keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədardır.

Masallı rayon icra hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Seyfəddin Əliyev bələdiyyə seçkilərinə hazırlıq vəziyyəti haqqında məlumat verdi.

İkinci məsələ haqqında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müşavirə iştirakçılarının nəzərinə çatdırdı ki, evlər sığortalanmalıdır. Bununla bağlı Azərbaycan hökumətinin qanunu var.Bəzən bunun əkci ilə rastlaşanda, təbii fəlakətlər zamanı ziyanın sığorta dəyərini almaq olmur. Bu işdə də fəal olmalı, ictimaiyyət arasında təblığat işi aparılmalıdır.Bu haqda qanun insanlara izah edilməlidir.

Masallı rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Seymur Nuriyev icbari sığorta haqqında toplantı iştirakçılarına məlumat verdi. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu gün həllı vacıb olan üçüncü məsələ, xeyir-şər mərasimləri barədə danışdı.O, xüsusilə vurğuladı ki, hüzr mərasmlərinin vəziyyəti qənaətbəxş deyil. İsrafçılığa yol verilir. Yas mərasimlərində qida məhsullarının israf edilməsinə qadağa qoyulması vacıbdir. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olmalı, istisna hal kimi xurma da əlavə edilə bilər. Belə halda imkanlı-imkansız söhbəti olmayacaq, mərasim bütün yerlərdə eyni qaydada keçirilməlidir. Bu məsələ rayonlarımızda din xadimləri, ağsaqqallar və ziyalılar tərəfindən izahat və təbliğat yolu ilə həllni tapmalıdır. Vətəndaş , cəmiyyət israfçılığın əleyhinədir.

Müzakirələrdə  Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisi Hacı Mirqiyas Təhməzov , Azərbaycan Dövlət Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə nümayəndəsi Kamil Bağırov, Hacıtəpə kənd orta məktəbinin dil-ədəbiyyat müəllımı Nəcəfqulu Quliyev, Təzəkənd ərazi nümayəndəsi Hüseyn Əlıyev çıxış etdilər. Sözçülər bıldirdilər ki,  yas mərasimlərində israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı artıq Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətləri tərəfindən addımlar atılır. Məqsəd ondan ibarətdir ki, mərasimlərdə israfçılığa yol verilməsin. Mərasimlər dini kitabımızda və adət-ənənələrimizdə təsbit olunmuş qaydalara uyğun, urvatlı şəkildə keçirilməlidir. Vəfat edən insanın ruhuna hörmət əlaməti olaraq "Qurani-Kərim"də  qeyd olunan kimi bəzi vəzifələr icra olunmalıdır.

Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə izafi yeməklərin qarşısının alınması üçün üzərlərinə düşən tədbirləri həyata keçirsinlər. Bu işə hər kəs dəstək olmalıdır.

Müşavirə iştirakçıları yığıncaqda səsləndirilən fikirləri tam dəstəklədilər. Belə ki, imkansız təbəqəyə yük olan hüzr mərasimləri və ehsanların yeni şəkildə keçirilməsi çox müsbət haldır. 

Axırda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müşavirəni yekunlaşdırmış,hər üç məsələ haqqinda qarşıda duran vəzifələrdən danışmışdır. Müvafiq qərar qəbul olunmuşdur.