Niyə məşhurların uşaqları narkomaniyaya meyllidir ? Bu səbəbdən dünyasını dəyişən məşhurlar

16 İyul 2012 05:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Britaniya tədqiqatçıları bir araşdırma aparıb və bu sualın cavabını axtarmağa  çalışıblar.Niyə məşhurların uşaqları narkomaniyaya meyllidir?


Psixoloqlar söyləyir ki, məşhurların uşaqları hər bir şəraitlə təmin olunduqları üçün onların həyatda heç bir məqsədləri olmur. Onlar üçün hər yerdə yaşıl işıqdır. Hər bir şəraitlə təmin olunan ailədə böyüyən uşaq özünü əziyyətə verməyə ehtiyac görmür və həyatda heç bir məqsədi olmur. Bunun nəticəsində isə uşaqlar yeniyetmə yaşlarına çatanda boşluqdan, məqsədsiz olduğundan depressiyaya düşür.Boşluqun sürməsi və ya sevdiyi insanı tapmaması depressiyanı daha da dərinləşdirir.

Bundan başqa məşhurların uşaqları valideynlərini çox az görürlər, elə olur ki, işlə əlaqədar aylarla görə bilmirlər. Bu da uşaqlarda sevginin çatışmamasına,valideyn qayğısının az olmasına gətirib çıxarır. Ona görə bu insanlar gələcəkdə öz uşaqları və həyat yoldaşı ilə münasibət qurmaqda çətinlik çəkirlər.


Narkotik və spirtli içki üzündən vəfat edən məşhurlar.

Uitni Hyuston fevralın 11-i oteldə olarkən, içki və narkotik maddənin təsirindən dünyasını dəyişib.




2.Cin Mişel Basqyuet- heroinin dozasının çoxluğundan 27 yaşında vəfat edib. Qrafik rəssam idi.



3.Cudi Qarlənd-1969-cu ildə 49 yaşında nartotik maddənin təsirindən vəfat edib.Müğənni və aktrisa olub.



4.Cimi Hendriks. Rok  musiqiçisi olub.1970-ci ildə, yuxu dərmanlarının təsirindən 27 yaşında vəfat edib.



5. Billi Holidey-cazz ifa edən  müğənni. Ölüm səbəbi- narkotik maddə



6.Maykl Cekson.Dünyanın ən məşhur müğənnisi.2009-cu ildə 50 yaşında keyidici propofol və narkotik maddədən dünyasını dəyişib.



7. Aktrisa Merlin Manro aktrisa 1962-ci ildə 36 yaşında vəfat etmişdir.Ölüm səbəbi- narkotik maddə və ya suiqəsd ehtimal olunur.



8.Emi Vaynhaus. Spirtli içkidən zəhərlənməsi nəticəsində dünyasını dəyişib.



9.Elvis Presli- 1977-ci ildə 42 yaşında narkotik maddənin təsirindən vəfat edib.



10.Hif Lecer-aktyor. 2008-ci ildə 28 yaşında vəfat etmişdir.



11.Aktyor Silvestr Stallonenin böyük oğlu Stalone Seyc Hollivuddakı evində ölü tapılıb. Vəkil Corc Braunştein deyib: " Bu faciədir. Stallone Seyc çox gənc idi ".Ölümün səbəbi hələ məlum deyil. Stallone Seycin bədənində zorakılıq əlamətləri aşkar edilməmişdir. 36 yaşlı Stallone Seyc aktyor, rejissor, kinoprodüser idi. Seyc ilk dəfə "Rokki 5" kinosunda baş qəhrəmanın oğlu rolunu canlandırıb. Məhz elə "Rokki" filmi Silvestr Stalloneyə uğur gətirmişdi. Seycin narkotik maddələrin təsirindən öldüyü söylənilir.