Suriyada BMT-nin peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb

18 Sentyabr 2014 16:21 (UTC+04:00)

Suriyada BMT-nin təşəbbüsü ilə keçirilən peyvəndləmə kampaniyasından sonra 100 uşaq ölüb.


APA - nın İTAR – TASS - a istinadən verdiyi xəbərə görə, hadisə İdlib vilayətinin şimal-qərbində, müxalifətin nəzarətində olan ərazidə baş verib.

 

Vaksinin Türkiyədə istehsal olunduğunu deyən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri rəsmi Dəməşqin Ümumdünya Səhiyyə Təşkilatından insidenti araşdırmağı tələb etdiyini bildirib.

 

BMT-nin mətbuat xidməti katibinin müavini Fərhan Haq isə BMT Uşaq Fondu (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin (WHO) İdlib əyalətindəki hadisədən şoka düşdüyünü bildirib. F. Haq UNİCEF-in peyvənddən sonra yalnız 15 uşağın ölümünü təsdiqlədiyini qeyd edib.

 

BMT rəsmisi məsələnin araşdırılacağını vurğulayıb.

 

Qeyd edək ki, bir neçə gün öncə İdlib vilayətində qızılca əleyhinə peyvəndləmə aksiyası keçirilib.