İbrahim Tatlısəsin oğlu atasının arzusunu reallaşdırdı

16 İyul 2012 11:17 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni İbrahim Tatlısəsin oğlu İdo atasının arzusunu reallaşdırdı. Belə ki, İdo bu il musiqi sənətinə daha dərindən yiyələnmək istədiyi üçün ABŞ-da Berkli Musiqi Kollecinin təbəsi olub. Bu münasibətlə İbrahim Tatlısəs oğlunun bu xoş gününə Etilərdəki kababxanasında qonaqlıq verib.Atası ilə sağollaşdıqdan sonra anası Derya Tuna ilə ABŞ-na yollandı. Lakin İbrahimin Derya ilə münasibətləri pis olduğundan o, hava limanına getmədi. İdo: " Atamla bir-birimizə sarılıb hönkür-hönkür ağladıq. Atam sonra yanıma ABŞ-na gələcək".