Azərbaycanda “Eynəklər və linzalar haqqında” yeni qanunun qəbulu gözlənilir

18 Sentyabr 2014 18:02 (UTC+04:00)

Azərbaycanda "Eynəklər və linzalar haqqında" yeni qanunun qəbulu və bu sahənin ayrıca qanunla tənzimlənməsi gözlənilir. Movqe.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

 

H Rəcəbli bildirib ki, bu, görmə qabiliyyətində problem olanlar, o cümlədən linzaların satışı və ehtiyacı olanlar üçün təminatı ilə əlaqədardır. Bunun dünya üzrə vacib problem olduğunu söyləyən H. Rəcəbli Azərbaycanın Türkiyə təcrübəsindən yararlandığını vurğulayıb: "Buna baxmayaraq, biz Rusiyanın, o cümlədən Avropanın təcrübəsinə də müraciət edəcəyik".