Azərbaycanın hava desantlarının taktiki təlimlərinin görüntüləri

18 Sentyabr 2014 22:10 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.

Təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimlər sentyabrın 20-dək davam edəcək.