“Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib”

18 Sentyabr 2014 18:55 (UTC+04:00)

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Washington Post" qəzetində Azərbaycanla bağlı nəşr olunan məqalələrə münasibət bildirib.


APA-nın xəbərinə görə, N.Məmmədov öz "Tvitter" səhifəsində "Azərbaycanın harada yerləşdiyi bilmədiyi halda, bu ölkə haqqında "dəqiq məlumatları", görəsən, "Washington Post" kimdən alır?" - deyə sual verib.

 

N.Məmmədov həmçinin Qərb demokratiyası ilə bağlı fikirlərini ifadə edib: "Qərbdə Azərbaycanla bağlı obyektiv məqalə yazanlara qarşı kampaniya elan edilib. Bu demokratiyadır".