Ebru Gündeş yenə də bahalı hədiyyələrlə gündəmdə

16 İyul 2012 12:17 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycanlı iş adamı Reza Zarrabla evlilik həyatı yaşayan Ebru Gündeş bu dəfə də həyat yoldaşının ona aldığı bahalı hədiyyələrlə gündəmə gəlib. Bu dəfə Ebru Gündeş brilliant daşlarla Dubayda  hazırlanmış qulaqlıqla səhnəyə çıxıb. Qulaqlığın qiyməti 50 000 dollardır.