Son illər bütün dünyada energetik sayılan içkilər getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Elə bu səbəbdəndir ki, belə içkilərin çeşidi və markaları da artmağa başlayıb. Qeyd edək ki, gənclər arasında bu içkilər daha çox rəğbət görür. Məsələnin maraqlı tərəfi həm də odur ki, arrıq uşaqların da belə içkiləri istehlak etməsi hallarına getdikcə daha çox rast gəlinir. Halbuki, belə içkilərin uşaq orqanizminə necə təsir etməsi hələ tam dəqiq məlum deyil.
Həkim Adil Qeybulla Mövqe.az-a
açıqlaamsında bildirir ki, enerji içkilərində kofein tərkibli
maddələr var: " Onların tərkibindəki tonusu qaldıran dərman
kofeindir ki, bunun insanlarda asılılıq yaratma xüsusiyyəti var.
Enerji içkisindən kofein zəhərlənməsi baş verərsə, içkini qəbul
edən adamda əsəbilik, narahatlıq, baş ağrısı, ritm pozuntusu,
yuxusuzluq, tərləmə, əllərdə titrəmə, mədə ağrısı, sinədə yanma,
bulanma, qusma, ishal kimi hallar müşahidə edilir".
Həkimin sözlərinə görə, bu cür içkiləri ürək problemləri, aretmiyası olan, ürək ritminin pozulmasından əziyyət çəkən insanların qəbul etməsi məqbul deyil: "Əslində, kofeyə həddindən artıq düşkün insanlar da kofeindən asılı insanlardır. Çünki kofein özü bir aslılıq yaradır və zaman keçdikcə insanlar bundan əziyyət çəkə bilərlər. Bu mənada insanlar diqqətli olmalıdırlar və enerji içkilərindən uşaqlar uzaq durmalıdırlar".
Həkim-terapevt
Şəmsiyyə Namazova da Movqe.az-a bu içkilərin orqnizmə aldadıcı
effekti haqda məlumat verib, yan təsirlərindən danışıb: "Son
vaxtlar təəsüf ki, müxtəlif yaş qrupları arasında bu içkilərdən
istifadə geniş hal alıb. Bunlar orqanizmə "müsbət" effekt
verərək daha çox aldadıcı təsirə malik olurlar. Onların
tərkibində kofein adlı maddə olur. İnsan orqanizminə gün ərzində
400 milliqram kofein kifayət edər. Biz bunu da çay və qəhvə
vasitəsilə almış oluruq. Ancaq enerji içkilərini bunun üstünə
gələndə, orqanizmə normadan artıq kofein qəbulu olur. Normadan
artıq kofein qəbulu orqanizmdə su itkisinə gətirib çıxarır. Çünki
bu içkiləri qəbul edən zaman insan suya bir o qədər ehtiyac
hiss eləmir. İnsanda belə hissiyyat yaranır ki, o, çoxlu su, çay
içib. Əslində isə, gün ərzində bu içki həmin ehtiyacı tənzimlədiyi
üçün orqanizmin su balansının pozulmasına gətirib çıxarır. ABŞ
alimlərinin araşdırmalarına görə, bu içkilər gənclər tərəfindən
daha çox istifadə edilir. Gənclər enerji içkilərinin tərkibinə hər
hansı alkoqollu içkilər qatıb istifadə etdikdə, bu, alkoqolun yan
təsirlərini o dərəcədə hiss eləmirlər. Belə içkilərin
uzunmüddətli qəbulu xroniki alkoqol zəhərlənməsinə gətirib çıxara
bilir. Bu, ciddi fəsadlara, məsələn yol qəzalarına yol aça
bilir".
Həkimin sözlərinə görə, enerji içkisi həm də yuxu qaçırıcı effektə malikdir: "Bundan ən çox tələbələr və idmançılar istifadə edirlər. Ancaq bir şeyi unudurlar, bu təsir onların mərkəzi sinir sisteminə olur və xroniki yuxu pozğunluğu orqanizmi başqa bəlalara düçar etmiş olur. Ümumiyyətlə, enerji içkilərində uşaqların, ürək-damar sistemi xəstəliyi olanlar və mərkəzi sinir sistemində problemi olan insanların istifadə etməsi məsləhət deyil".