Facebook ondan üzr istədi

19 Sentyabr 2014 12:23 (UTC+04:00)

Facebook, Norveçdə yaşayan və tutulduğu bir xəstəlik səbəbiylə fərqli  üz şəklinə sahib olan zənci gəncin fotoşəkilini əvvəl silib, daha sonra üzr istəyərək şəkili yenidən qoyub. 


Movqe.Az xəbər verir ki, Kristiansand şəhərində yaşayan 16 yaşındakı Embret Henok Haldammen, "malformasiya" xəstəliyi səbəbiylə fərqli üz quruluşuna malikdir. Bu xəstəlik səbəbiylə yüzünün alt hissəsi normaldan böyük olan gəncin profilindəki şəkil, Facebookun müdaxiləsi ilə hesabdan silinib. 


Bir neçə həftə əvvəl şəkilini profilində paylaşan Haldammen, bazar günü hesabına daxil olanda şəkilin silindiyini görüb. Mesajlar bölməsinə gələn ismarıcı görən Norveçli gənc, paylaşdığı fotoşəkilin "Facebook qaydalarına zidd olduğu" üçün silindiyinə dair ifadəni görüb. 




Fotoşəkilin qaldırılmasından sonra Haldammen hisslərini bildirmək üçün "Facebook kimi böyük sosial şəbəkənin digər insanlara bənzəmədiyi üçün bir nəfərin fotoşəkillərini silməsi böyük təhqirdir. Özümü təcavüzə məruz almış kimi hiss edirəm. Facebook bu hərəkəti ilə mənim istifadəçi olaraq qeyri-kafi olduğumu elan etdi" deyə yazıb. 


Hadisənin mediaya əks olunmasından sonra şərh verən Facebook, səhv edildiyini qəbul edib və üzr istəyib. Şəkil yenidən səhifəyə qoyulub.