Bu rayonlarda qaz olmayacaq

19 Sentyabr 2014 12:35 (UTC+04:00)

Fasilələrin yaranması qaz nəqli sistemində təmir işlərinin aparılması ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, bu gün saat 14:00-dək Xaçmaz rayonunun Xudat qəsəbəsinə, saat 18:00-dək isə Şamaxı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Fasilələrin yaranması qaz nəqli sistemində təmir işlərinin aparılması ilə əlaqədardır.