Bakı-Omsk aviareysi təxirə salınıb

19 Sentyabr 2014 13:58 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakıdan Rusiyanın Omsk şəhərinə yerinə yetirilməli olan beynəlxalq aviareys təxirə salınıb.


Heydər Əliyev Hava Limanından "APA-Economics"ə verilən məlumata görə, Rusiyanın "İrAero" aviaşirkətinin saat 11:50-da Bakıdan uçması planlaşdırılan IO 241 nömrəli aviareysi qrafik cədvəlinə uyğun yerinə yetirilməyib.

 

Təyyarənin gecikməsinin səbəbi isə hələlik məlum deyil.

 

Bu reys həftənin növbəti cümə günü saat 11:50-də yerinə yetiriləcək.

 

Qeyd edək ki, bu istiqamətdə uçuşlar həftədə bir dəfə V günləri yerinə yetirilir.