Bədbəxt hadisə nəticəsində 2 yaşlı uşaq əlini itirdi

19 Sentyabr 2014 14:40 (UTC+04:00)

Gəncədə bədbəxt hadisə baş verib.


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 2012-ci il təvəllüdlü Hüseynov Əkbər Qərib oğlu sağ qolunun sağ saidin xəsarəti ilə xəstəxanaya daxil edilib.

 

Araşdırma zamanı məlum olub ki, 2 yaşlı uşaq evdə ehtiyatsızlıqdan sağ əlini işlək vəziyyətdə olan ətçəkən maşına salıb. Xəstəxanaya çatdırılan uşağın sağ əlinin sağ saidinin 1/3 hissəsi amputasiya edilib.