Bahar Muradova: “Azərbaycan və Türkiyə arasında hərbi təlim kimisə qorxutmaq üçün deyil, güclü olmaq üçündür”

19 Sentyabr 2014 15:54 (UTC+04:00)

"Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlim iki ölkə arasındakı əməkdaşlığın məzmununa uyğundur".


APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.  

 

B. Muradova bildirib ki, bu sahədə əməkdaşlıq hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. O qeyd edib ki, torpaqları işğal olunmuş Azərbaycan hərbi aspektdə də yüksək səviyyədə hazırlıq aparmalıdır: "Azərbaycan və Türkiyə arasında hərbi təlim kimisə qorxutmaq üçün deyil, güclü olmaq üçündür".