Bakı Slavyan Universitetində Maksim Qorkinin nəvəsi ilə görüş

19 Sentyabr 2014 18:20 (UTC+04:00)

BSU-nun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Sentyabrın 19-u tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov adına Moskva akademik teatrın aktirisası Darya Maksimovna Peşkova, yazıçının ulu nəvəsi aktirisa Yekatrina Aleksandrova Peşkova və onun Y. A. Peşkovanın oğlu Timafey Yevgeneviç Peşkov Bakı Slavyan Universitetinin qonağı olublar. Ali təhsil müəssisəsinin rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru prof. A. Hacıyev qonaqları salamladı, Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqət və BSU haqqında geniş məlumat verib: "2000-ci ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan Universitetinin inkişafında möhtərəm prezidentimiz İlham Əliyevin böyük rolu vardır. Müəssisəmizin potensialı və dinamik inkişafı bunun bariz nümunəsidir." O, həmçinin rus ədəbiyyatında əvəzsiz xidmətləri ilə tanınan məşhur yazıçı Maksim Qorkinin yaradıcılığından söhbət açaraq universitetin kitabxanasında yazıçının müxtəlif məzmunlu kitablarının saxlandığını, onların tələbələr tərəfindən maraqla oxunduğunu və tədris olunduğunu vurğulayıb.


Tədbirdə Rus ədəbiyyatı kafedrasının dosenti Yaşar Quluzadə, "Русский язык и литература в Азербайджане" jurnalının baş redaktoru, prof. Flora Nacıyeva öz çıxışlarında Maksim Qorkinin yaradıcılığından söhbət açıblar, "Русский язык и литература в Азербайджане" jurnalının yeni nəşri qonaqlara hədiyyə edilib. Azərbaycanda səfərdə olmasından məmnunluq hissi duyduğunu qeyd edən Yekatrina Aleksandrova Peşkova bu ölkəyə, şəhərimizin gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu vurğulayıb və öz xatirələrini bölüşüb.


Tədbirdə M.Qorkinin ali təhsil ocağının kitabxanasında saxlanılan kitablarından ibarət stendi


təşkil olunub. Sonda qonaqlar BSU-nun müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırıblar və Maksim Qorkinin kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə ediblər.