“Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

19 Sentyabr 2014 18:33 (UTC+04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasının və "SOCAR-AQŞ" MMC-nin Əsrin Müqaviləsinin 20 illiyinə həsr olunmuş "Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli" mövzusundakı birgə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib.


Toplantını giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Əsrin Müqaviləsinin xalqımızın daimi rifahı, o cümlədən Azərbaycanın dünya dövlətləri içərisində özünə layiqli yer tutması istiqamətində görülən işlərin ən uğurlu başlanğıc nöqtəsi olub. "Əlamətdar tarixin 20-ci ildönümünü bayram kimi qeyd edirik. Azərbaycan Mətbuat Şurası və "SOCAR-AQŞ" MMC bu münasibətlə jurnalistlər arasında yazı müsabiqəsi keçirmək qərarına gəldi. Hesab edirik ki, müsabiqə həm yubileyə xüsusi rəng qatacaq, həm də jurnalistlərin peşəkarlığının artmasına müsbət təsir göstərəcək", - deyən Ə.Amaşov üç istiqamət üzrə keçirilmiş müsabiqəyə ümumilikdə 52 yazının təqdim edildiyini, onlardan 17-nin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. O, həmçinin hər istiqamət üzrə ayrılıqda 3 birinci, 3 ikinci, 3 üçüncü yerin müəyyənləşdirildiyini diqqətə çatdırıb. 


Çıxış edənlərdən Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, "SOCAR-AQŞ" MMC-nin baş direktoru Ramin İsayev və başqaları Əsrin Müqaviləsinin imzalanmasını Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndiriblər. Onlar müsabiqədə qalib gəlmiş media təmsilçilərinə təbriklərini çatdıraraq əlamətdar tarixin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından ölkə jurnalistikasının üzərinə mühüm missiyanın düşdüyünü vurğulayıblar. 


Çıxışlardan sonra qaliblərin mükafatlandırılması başlayıb. Əvvəlcə həvəsləndirici mükafatlar təqdim olunub. Qeyd edək ki, müsabiqənin qaydalarına uyğun olaraq 3 birinci yeri tutmuş jurnalistin hər biri 1000, ikinci yeri tutmuş 3 media təmsilçisinin hər biri 700, üçüncü yerə layiq görülmüş 3 qələm sahibinin hər biri 500, 17 həvəsləndirici mükafat sahibinin hər biri 200 manat məbləğində pulla mükafatlandırılıblar. Qaliblərə MŞ və "SOCAR-AQŞ" MMC-nin təbrik plaketləri və diplomları da təqdim edilib.



Azərbaycan Mətbuat Şurasının və "SOCAR-AQŞ" MMC-nin (İnteqrə Olunmuş Qazma və Quyu Xidmətləri Müəssisəsi) "Əsrin Müqaviləsi- ölkəmizin davamlı sənaye inkişafının təməli" mövzusundakı birgə müsabiqəsində qalib gəlmiş jurnalistlərin


SİYAHISI



"Heydər Əliyev-Milli neft strategiyasının banisi" istiqaməti


1. Təranə Cəbiyeva, "Respublika" qəzeti

2. Əziz Mustafa, "Zaman Azərbaycan" qəzeti

3. Mirbağır Quliyev, "Xalq qəzeti"


"Prezident İlham Əliyevin Azərbaycan sanayesinin 

modernləşdirilməsi siyasəti" istiqaməti


1. Mübariz Abdullayev, "Yeni Azərbaycan" qəzeti


2. Fariz Vəliyev, "Mövqe" qəzeti


3. Yeganə Məmmədova, "vətəninfo.az" saytı



"Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında 

yeni mərhələnin başlanğıcı" istiqaməti



1. Vüqar Əliyev, "Mədəniyyət" qəzeti


2. Elçin Zaman, "İki sahil" qəzeti


3. Rəsmiyyə Rzalı 



Həvəsləndirici mükafatlar


1. Orxan İsrafilov, "İki sahil" qəzeti


2. Pərviz Rəhimoğlu, "modern.az" saytı

3. Elxan Salahov, "Həftə içi" qəzeti

4. Nigar Abdullayeva, "Palitra" qəzeti

5. Zəkurə Quliyeva, "Qarabağ" qəzeti

6. Həbibə Abdulla, "Kaspi" qəzeti

7. Nihad Budaqov, Azərtac

8. Vaqif Cəlil, "Bakı xəbər"qəzeti

9. Bəhlul Eminli, "İqtisadiyyat və həyat" jurnalı

10. Rəşad Cəfərov, "Azərbaycan" qəzeti

11. Ramiz Cürənov, APA

12. Pünhan Əfəndiyev, "Üç nöqtə" qəzeti

13. Ulduzə Qaraqızı, "Ekspress" qəzeti

14. İsmayıl Qocayev, "Şərq" qəzeti


15. Mahir Abbaszadə, "Paralel" qəzeti


16. Aynur Cəfərova, "Azərnyus" qəzeti


17. Sevinc Məmmədova, "İki sahil" qəzeti