Ölən həyat yoldaşı üçün bunu etdi

16 İyul 2012 13:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngilis Uinston Houes adlı biri ölən həyat yoldaşı Cenetə bəslədiyi eşqi minlərlə ağac tikərək göstərib.Uinston Houesin 33 illik həyat yoldaşı Cenet, 17 il əvvəl infarkt səbəbiylə vəfat edib. Bu ani ölüm, Uinstonun olduqca sarsıdıb. O da Cenetə bəslədiyi eşqi göstərmək üçün gizli bir "məbəd" hazırlamağa qərar verib.

"The Huffington Post" saytındakı xəbərə görə, o, İngiltərənin cənubundakı bir ərazini satın alaraq üzərinə 6 min palıd ağacı əkdirib. Ağacların ürək şəklində əkildiyini görə bilmək üçün yuxarıdan baxmaq lazımdır.

Bu ürəyi kəşf edən şarla uçmağı sevən bir ingilis iş adamı olub.

42 yaşlı Endi Kollett ürəyi ilk gördüyündə çaşdığını bildirib. Kolett jurnalistlərə "Belə bir eşqi xəyal etmək qeyri-mümkündür" deyib.

Uinston Houes isə "Həyat yoldaşım öldüyü zaman ağılıma ağaclardan bir ürək hazərlamaq fikri gəlib" deyir.

Uinston, göylərdə yaşadığına inandığı yoldaşının bu ürəyi gördükcə xoşbəxt olacağını düşünür.