Medvedevdən xəbərdarlıq: “G20 əvvəlki kimi işləyə bilməyəcək”

20 Sentyabr 2014 11:00 (UTC+04:00)

"Qərbin sanksiyalar siyasəti beynəlxalq maliyyə sistemin inkişafına mənfi təsiri göstərir. "Böyük iyirmilik" çərçivəsində maliyyə məsələlərini daha əvvəlki formada müzakirə etmək mümkün deyil".

Movqe.az-ın publika.az-a  istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Soçidə Olimpiya parkında keçirilən beynəlxalq investisiya forumunun XIII sərgisində deyib.

"Sanksiyalar bizim üçün, bütün dünya cəmiyyəti üçün çox qabarıq bir siqnaldır. Fikrimcə, sanksiyalar beynəlxalq maliyyə sisteminin inkişafı üçün xüsusi anlam daşıyacaq. Görünür, "Böyük iyirmilik"də bu məsələlərin müzakirəsi daha mümkün olmayacaq. Sanksiyaların olduğu maliyyə sistemi artıq başqa bir maliyyə sistemidir", - deyə Medvedev vurğulayıb.