Odun sobasına benzin tökən şəxs özünü də yandırdı
20 Sentyabr 2014 12:04 (UTC+04:00)
Qusarda ehtiyatsızlıq acı sonluqla nəticələnib. Movqe.az Milli.Az-a
istinadən xəbər verir ki, rayonun Ukur kənd sakini, 1961-ci il
təvəllüdlü Atakişiyev Cigərxan Şalbuz oğlunun
odun sobası ilə ehtiyatsız davranması onun müxtəlif dərəcəli yanıq
xəsarətləri almasına səbəb olub.
Belə ki, Cigərxan Atakişiyev sobaya neft əvəzinə benzin töküb. Bu
zaman yaranan güclü alov onun bədəninin müxtəlif nayihələrini
yandırıb. Xəsarət alan şəxs Qusar Mərkəzi rayon Xəstəxanasına
gətirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Fakt araşdırılır.