20 yaşlı gənc dərmandan zəhərləndi

20 Sentyabr 2014 15:00 (UTC+04:00)
Bu gün gecə saatlarında Quba rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Quba şəhər sakini, 1994-cü il təvəllüdlüSadıq Zəkiyevqəbul etdiyi dərman pereparatından zəhərlənib.

O, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.