İŞİD Kərkükü də qana buladı
20 Sentyabr 2014 17:00 (UTC+04:00)
İŞİD terror qruplaşması İraqın Kərkük şəhərində bombalı hücum
təşkil edib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki, İraqın Mosul şəhərini
ələ keçirən İŞİD terrorçuları Şimali İraqda da terror aktları və
günahsız insanlara qarşı cinayət əməlləri törətməkdə davam
edir.
Bu dəfə İŞİD silahlılarının hədəfi Kərkük şəhəri olub. Onlar Kərkük
qalasının qarşısında yerləşən Əl-Hasir bazarında bomba
quraşdırılmış motosikleti partladıblar. Partlayış nəticəsində
10-dan çox adam dünyasını dəyişib, çox sayda insan xəsarət
alıb.
Qeyd edək ki, türkmənlərin də kompakt yaşadığı Kərkük şəhəri son
bir ayda ikinci dəfədir bombalı hücuma məruz qalır.