Bakıda yeni körpü tikilir

16 İyul 2012 13:38 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ziya Bünyadov prospektinin rekonstruksiyası çərçivəsində yeni avtomobil körpüsü inşa olunur. 

Qeyd edək ki, körpünün inşası sürətləndirilmiş rejimdə həyata keçirilir. Prospektin rekonstruksiyası işlərinə Nəqliyyat Nazirliyinin sifarişi ilə 2011-ci ildə başlanılıb. Layihəyə əsasən, prospektin Alı Mustafayev, Rəşid Məmmədov, Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsindən Böyük Şor küçəsinə qədər olan hissəsinin əsaslı təmir olunması nəzərdə tutulur. Prospektin uzunluğu 9 kilometr, eni isə 50-60 metrdir. Təmir işləri çərçivəsində yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi də nəzərdə tutulur.

Türkan Nadirqızı

Movqe.Az