Cəbhədə atəşkəs pozulub

20 Sentyabr 2014 22:01 (UTC+04:00)
Cəbhənin Füzuli, Xocavənd və Goranboy istiqamətlərində atəşkəs pozulub.

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub.