Bakıda ev yandı

21 Sentyabr 2014 11:12 (UTC+04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb.Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı tikintisi başa çatmayan evdə baş verib.

Nəticədə, evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.