Bu günün hava proqnozu

21 Sentyabr 2014 12:09 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi 10-15 m/s olacaq, arabir 18-20 m/s-dək güclənəcək.
Temperatur gecə 18-20° isti, gündüz 20-25° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı
gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Temperatur gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcək.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 14-19° isti, gündüz 21-26° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək.


Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında,
əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 17-22° isti, gündüz 23-28° isti olacaq.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Temperatur gecə 19-21° isti, gündüz 22-27° isti, dağlarda gecə 11-16° isti, gündüz 14-19° isti təşkil edəcək.