İranın təhsil naziri Azərbaycana səfərini müsbət dəyərləndirib

16 İyul 2012 11:13 (UTC+04:00)
APA-nın İRNA-ya istinadən məlumatına görə, H. Hacıbabayi bildirib ki, başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla xarici işlər naziri Elmar Məmmədyarov və təhsil naziri Misir Mərdanovla səmimi şəraitdə görüşlər keçirib: "Hər üç görüşdə iki ölkə arasında dini və mədəni bağların mövcudluğu qeyd edilib və Bakı-Tehran əlaqələrinin hər sahədə inkişafının vacib olduğu vurğulanıb. Azərbaycan rəsmiləri ilə görüşlərimi müsbət xarakterizə edirəm".