Əfsanəvi stadionun adı dəyişir

22 Sentyabr 2014 00:04 (UTC+04:00)
"Real" ev oyunlarını oynadığı "Santyaqo Bernabeu" stadionunun adını dəyişdirməyə hazırlaşır.

Movqe.az qol.az-a istinadən bildirir ki, İspaniya mətbuatı iddia edib ki, stadionun yeni adı "Bernabeu Fly Emitares" olacaq. Bununla bağlı Madrid klubunun eyniadlı şirkətlə razılığa gəldiyi bildirilib. İspaniya mətbuatı yazıb ki, müqavilə rəsmən imzalanacağı təqdirdə, "Real" bundan 400-500 milyon avro qazanacaq. Bu məbləğlə isə Madrid təmsilçisi borclarını ödəyəcək.

Qeyd edək ki, növbəti həftə "Santyaqo Bernabeu" stadionun adının rəsmən dəyişdiriləcəyi gözlənilir.