Marsda iqlim dəyişir

22 Sentyabr 2014 11:33 (UTC+04:00)
Amerika Aviasiya və Kosmos Dairəsi (NASA) tərəfindən 10 ay əvvəl Marsa göndərilən Maven adlı kosmos vasitəsinin, bu gün Qırmızı Planetin orbitinə enməsi gözlənilir. Movqe.az xəbər verir ki, vəzifəsi Mars səthindəki iqlim dəyişikliklərini araşdırmaq və suyun necə itdiyini müşahidə etmək olan Maven, Dünyadan Marsa qədər 442 milyon mil yol qət edib. Maven, 6 ay Marsın atmosferində qalacaq.