Bakıda kişi qardaşının həyat yoldaşını bıçaqlayıb

22 Sentyabr 2014 11:44 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 20-si saat 16:30 radələrində Dağıstan küçəsində yaşayan Qalib Mikayılov ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı Zərnişan Mürsəlovanı bıçaqlayıb.

 

Hadisəni törədən Q. Mikayılov Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.