ABŞ, İŞİD edamçısını gətirənə 10 milyon dollar mükafat verəcək

22 Sentyabr 2014 11:45 (UTC+04:00)

İngilis mənşəli cihadçı Con ləqəbli İŞİD üzvünün tutulmasına yardım olacaq kəslərə 9.75 milyon dollar mükafat veriləcək. 


Movqe.az xəbər verir ki, Amerika Senatı, ABŞ-lı jurnalistlər Ceyms Foley və Steven Sotlofdan sonra İsveçli  Deyvid Hainesin də başını kəsən İngilis mənşəli cihadçı Con ləqəbli İŞİD üzvünün tutulmasına yardım edəcək kəslərə 9.75 milyon dollar mükafat verəcək. 


Conun tutulması üçün Amerika və İngilis kəşfiyyatçıları bölgədə və İngiltərədə möhkəm iş icra edir. ABŞ prezidenti Barak Obama, İŞİD-in Suriyadakı iqamətgahı olaraq bilinən Rakkada saxlandığı düşünülən Conun görüldüyü yerdə öldürülməsi təlimatını vermişdi. Kəşfiyyat rəsmilərinin şəxsiyyətini təsbit etdiyi deyilən Conun təşkilata qatılmazdan əvvəl paytaxt Londonda yaşadığı və ailəsinin səlahiyyətlilər tərəfindən sorğulandığı deyilir. 


İŞİD-in edam edəcəyini açıqladığı vaxt Alan Henningin həyat yoldaşı Barbara, İŞİD militanlarından ərini sərbəst buraxmalarını istəyib. Barbara Henning, yoldaşının Suriyada tutulduğu vaxt vətəndaşlara yardım aparmaqdan başqa bir məqsədi olmadığını vurğulayıb.