Aparıcı Mətanət Əliverdiyeva bu dəfə də müğənnilər Gülyaz və
Gülyanaq bacılarının geyimlərini bəyənmədiyini açıqlayıb. Mövqe.az
xəbər verir ki, aparıcı müğənnilərin səsini çox bəyəndiyini söyləsə
də, geyimlərinin monoton olduğunu və neçə illərdir dəyişmədiyini
etiraf edib. Bu sözlər müğənni Gülyanaq Məmmədovanın qəlbinə dəyib:
" Düzünü deyim, hə xətrimə dəydi. Amma xalqımız bizi belə sevib,
qəbul edib. Mətanət xanımı da sevən də var, sevməyən də... Geyimini
bəyənən də var, bəyənməyən də... Gördüm o dəfə yaxınlaşmadım. Çünki
içimdə ona qarşı küskünlük var".
M. Əliverdiyeva isə həmin tədbirdə G. Məmmədovanı
görmədiyini bildirib: "Ola bilməz. Mən görməmişəm. Mən düşmənimi
görüb, salam verib, keçən insanam. Gülyanağı da öpürəm".