Daha bir fəhlə ölümü

22 Sentyabr 2014 14:26 (UTC+04:00)

Ağsu rayonunda bədbəxt hadisə hadisə baş verib

Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fəhlə tikintidən yıxılaraq ölüb.


Hadisə Qaraqaşlı kəndindəki tikilidə baş verib. Həmin tikilidə çalışan Bozavand kənd sakini Elmir Həsənov hündürlükdən yıxılıb.


Ağır bədən xəsarəti alan Elmir Həsənov ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə