Canlı yayımda Röyanın burnunu məzə obyektinə çevirdilər

22 Sentyabr 2014 14:48 (UTC+04:00)
"Xəzər" telekanalının "Hər şey daxil" verlişində bu dəfə plastik əməliyyatlardan danışılıb. Mövqe.az xəbər verir ki, məşhurların uğurlu və uğursuz əməliyyatlarından söz açan verlişin aparıcıları Sevil və Sevinc bacıları rəfiqələrindən də söz açıblar. Verliş zamanı demək olar hər şeydən danışan bacılar bu dəfə də müğənni Röya Ayxanın burnunu ələ salıblar. Müğənninin burun əməliyyatını bəyənməyən bacılar bu haqqda belə deyiblər: "Bir rəfiqəmiz Röya Ayxanı çox sevirdi. Fanatı idi. Həkimə Röya ayxanın şəklini aparıb ki, bəs mənə də belə burun elə. Həkimlər nə qədər başa salmağa çalışsalar da ki, bu burun bərbaddır, uğuruz əməliyyatdır qız dediyini deyib. Və ona o cür burun düzəldiblər. Hal-hazırda o qızın burnu pis gündədir. Özü də çox peşimandır".