Bakıda daha bir yol təmirə bağlanır

22 Sentyabr 2014 15:56 (UTC+04:00)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Şəmsi Bədəlbəyli küçəsi (Səməd Vurğun küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi ilə kəsişməyə kimi) yolda gedən təmir işləri ilə əlaqədar olaraq bağlıdır.

 

Alternativ yol kimi sürücülər Mirzəağa Əliyev küçəsi ilə hərəkət edə bilərlər.