Çubuqlu konfet burnundan beyninə girdi - FOTOLAR

22 Sentyabr 2014 17:20 (UTC+04:00)
Çinin Hubey əyalətində yaşayan Huanq Ziçenq adlı  2 yaşlı oğlan uşağı çubuqlu konfeti burnuna soxub. Movqe.az xarici mediaya istinadən xəbər verir ki,  çubuqlu konfet uşağın burnundan da 3 düym o yana keçərək beyinə qədər çatıb. Təcili xəstəxanaya çatdırılan uşaq 4 saatlıq əməliyyat keçirib. Xoşbəxtlikdən, uşağın sinir hüceyrələri və damarlarına zərər dəyməyib. 

Balaca Huanqın tamamilə sağalması gözlənilir.